Cüdo üzrə Türkiyə millisi XV Avropa Gənclər Olimpiya Festivalının qarışıq komanda yarışının qalibi olub.
Sportarena.az xəbər verir ki, finalda Rusiya komandası ilə mübarizə aparan Türkiyə yığması 4:0 hesabı ilə qalib gələrək festivalın qızın medalını qazanıb.Qardaş ölkənin yığma komandası dörddəbir finalda İtaliya (4:0), yarımfinalda isə Gürcüstan (4:0) komandalarına qalib gəlib.
Bürünc medal uğrunda görüşdə isə Almaniya yığması İtaliya komandasını 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.