"Qalatasaray" növbəti transferini açıqlayıb.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi ötən mövsüm komandada icarə əsasında çıxış edən Kristian Luyindamanın transfer hüququnu alıb.
"Qalatasaray" bu transferə görə Belçikanın "Standard" klubuna 5 milyon avro ödədiyib. Luyindama 3 illik müqavilə imzalayıb və onun illik maaşı 1 milyon 50 min avro olacaq.