“Liverpul”un ulduz futbolçusu doğulduğu kənddə məktəb, xəstəxana tikdirir - FOTOLAR

11:10 30 İyul 2019

Seneqal millisi və “Liverpul”un ulduz futbolçusu Sadio Mane doğulduğu Bambali kəndinə maddi yatırımlar etməyə davam edir.

 

Sportarena.az xəbər verir ki, hazırda kənddə 27 yaşlı futbolçunun sponsorluq etdiyi məktəb binasının tikintisi gedir. Mane təhsil ocağının ərsəyə gəlməsi üçün 270 min avro xərcləyib.

 

Bundan əvvəl futbolçu xəstəxana tikintisi və stadionun saxlanılması xərclərini də öz üzərinə götürmüşdü.



Xəbər xətti