"Qarabağ"ın və milli komandamızın üzvü Mahir Emreliyə İspaniyadan təkliflər var.
Sportarena.az xəbər verir ki, bu barədə "Besoccer" məlumat yayıb. İddiaya görə, İspaniyanın 1-ci liqasında çıxış edən bir neçə klub 22 yaşlı futbolçunun xidmətində maraqlıdı. Həmin klubların adları açıqlanmır.
Bildirilir ki, ispan klubları Mahirin oyununu 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Qarabağ" - "Atletiko" oyunlarında bəyəniblər.