"Dundalk" "Qarabağ"la keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşünə itki ilə çıxacaq.
Sportarena.az xəbər verir ki, Robbi Benson Bakıdakı matçın heyətinə daxil edilməyib. Buna səbəb onun Ağdam klubu ilə ilk matçda qabırğasından zədələnməsidi. Qabırğasından xəsarət alan 27 yaşlı yarımmüdafiəçinin uzun yol qət etməsi məqsədəuyğun sayılmadığndan Bakıya gətirilməyib.
İrlandiya təmsilçisinin məşqçisi Con Gill Bensonun zədəsi ilə bağlı deyib: "Bəxtsiz zədələnmə oldu. Səfər qısa olsaydı,onu özümüzlə gətirə bilərdik. O, komandada inam yaradır. Bensonu 7 saatlıq səfərə gətirməyin mənası yox idi. Mövsümün açılış oyununda ayağından zədələndiyi eyni nöqtədə yenidən zədə aldı. Ona dedim ki, öləndə küllərini o yerin ətrafına yayacağıq. Benson ailəsi ilə birgə vaxt keçirəcək, sonra qayıdıb həftəsonu komanda ilə məşqlərə qoşulacaq".
Qeyd edək ki, iyulun 31-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dandolk" matçı saat 21.00-da başlanacaq.