“Qarabağ”ın potensial rəqibi müəyyənləşir

14:11 30 İyul 2019

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

 

Sportarena.az xəbər verir ki, "Qarabağ" İrlandiyanın "Dundalk” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə APOEL (Cənubi Kipr) - "Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlər arasındakı ilk oyunda kiprlilər səfərdə 1:0 hesabı ilə qalib gəliblər.

 

Qeyd edək ki, "Qarabağ” və "Dundalk” arasında cavab görüşü iyulun 31-də "Dalğa Arena”da keçiriləcək. İrlandiyadakı görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.

 

 

Çempionlar Liqası

II təsnifat mərhələsi

Cavab oyunları

 

30 iyul

21:00 APOEL (Cənubi Kipr) - Sutyeska (Monteneqro)

İlk oyun - 1:0.

 

21:00 Nımme Kalyu (Estoniya) - Seltik (Şotlandiya)

İlk oyun - 0:5.

 

21:00 Makkabi (Təl-Əviv, İsrail) - ÇFR (Rumıniya)

İlk oyun - 0:1.

 

22:00 Bazel (İsveçrə) - PSV (Hollandiya)

İlk oyun - 2:3.

 

22:00 Dinamo (Zaqreb, Xorvatiya) - Saburtalo (Gürcüstan)

İlk oyun - 2:0.

 

22:00 Valletta (Malta) - Ferentsvaroş (Macarıstan)

İlk oyun - 1:3.

 

22:30 Olimpiakos (Yunanıstan) - Viktoriya (Çexiya)

İlk oyun - 0:0.


Digər xəbərlər

Xəbər xətti