"Qarabağ" - "Dundalk" oyununda anşlaq olacaq

12:41 31 İyul 2019

"Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində bu gün İrlandiyanın "Dundalk” klubuna qarşı keçirəcəyi oyunda anşlaq olacaq.

 

Sportarena.az xəbər verir ki, qarşılaşma üçün satışa çıxarılan standart biletlərin hamısı satılıb. Bu barədə klubun mətbuat katibi Nurlan İbrahimov məlumat verib.Klub rəsmisi bildirib ki, 2, 5 və 10 manata olan biletlərin hamısı azarkeşlər tərəfindən satın alınıb. Satışda yalnız az sayda VİP sektor üçün 50 manatlıq biletlər qalıb.

 

Qeyd eək ki, oyunun keçiriləcəyi "Dalğa Arena”da standart yerlərin sayı 6700, VIP yerlərin sayı isə 610-du. Bundan başqa, stadionda 11 skybox var.


Digər xəbərlər

Xəbər xətti