"Neftçi” – "Bney Yehuda” matçının təyinatları məlum oldu

11:23 2 Avqust 2019

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Neftçi” – "Bney Yehuda” matçının təyinatları açıqlanıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Fransadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Kərim Abed olacaq. Ona Hiçam Zakrani və Mikael Berçebru kömək edəcəklər. Dördüncü hakim funksiyasını Floran Batta yerinə yetirəcək. UEFA nümayəndəsi Yonel Piskanu (Rumıniya), hakim-inspektor isə Kyell Alset (Norveç) olacaq.

 

Avqustun 8-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Bney Yehuda” oyunu saat 21:00-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti