"Qarabağ"ın futbolçusu Mahir Emreli İspaniya klublarından təklif alması ilə bağlı xəbərlərə münasibət bildirib.
"Qafqazinfo"ya açıqlama verən gənc hücumçu bunları deyib:
“Təkliflər hər zaman olur. Amma bu barədə agentim danışa bilər. Düzdür, “Malaqa” köklü klubdur. Amma seçİm olsa, “Ekstramadura”nı seçərəm. Son qərarı məşqçilərim, komanda verəcək”.
Mahir legioner həyatı yaşamaqda maraqlı olduğunu bildirib: “Özüm getmək istəyərəm. Legioner həyatı yaşamaq özüm üçün də xoş olar. “Malaqa” daha nüfuzlu komandadır. Amma mənə oynamaq lazımdır. Çünki oynamasam, milliyə də düşmərəm. Yenə də getmək söhbəti dəqiqləşsə, Qurban Qurbanovla, köməkçi məşqçilərlə, Rəşad Sadıqovla məsləhətləşəcəm”.