Millimiz yoldaşlıq oyunu keçirəcək

17:00 2 Avqust 2019

Azərbaycan milli komandası oktyabrın 9-da yoldaşlıq oyunu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.Bəhreyn Milli Stadionunda Bəhreyn millisinə qarşı keçiriləcək qarşılaşma yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 20:30) başlayacaq.

 

Xatırladaq ki, millimiz Avro-2020-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə Macarıstan yığması ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti