"Qarabağ"ın legioneri uzun müddətə sıradan çıxdı

17:17 2 Avqust 2019

"Qarabağ"ın futbolçusu Filip Ozobiç uzun müddətə sıradan çıxıb.

 

Sportarena.az xəbər verir ki, klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, xorvatiyalı yarımmüdafiəçinin İrlandiya "Dundalk"ı ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü zamanı aldığı zədənin ciddi olduğu müəyyənləşib. Ayağından zərbə alan 28 yaşlı oyunçunun tibbi müayinəsinin dəqiq nəticələri bu gün açıqlanacaq. Onun əməliyyat olunacağı da istisna deyil.

 

Ozobiçdən əlavə, hələ sıraya dönməyən Bədavi Hüseynov da Cənubi Kipr APOEL-i ilə III təsnifat mərhələsinin oyunlarını buraxacaq. "Dundalk"la Bakıdakı qarşılaşmada zədələnən digər futbolçulara gəldikdə, Miçelin əvvəlki zədəsini təkrarladığı ehtimalı var. Maksim Medvedevin də durumu qeyri-müəyyəndi. Onların növbəti oyunlaradək hazır olacaqları güman edilir.

 

Qeyd edək ki, "Qarabağ" "Dandolk"u iki oyunun nəticəsində (1:1, 3:0) üstələyib. APOEL-lə ilk oyun avqustun 6-da səfərdə, cabab görüşü avqustun 13-də evdə olacaq. 


Digər xəbərlər

Xəbər xətti