"Sumqayıt" Türkiyə toplanışını başa vurdu

17:35 2 Avqust 2019

2019/20 mövsümü üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" təlim-məşq toplanışının ikinci mərhələsini də başa vurub. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 18-dən etibarən Ankaranın Kızılcahamam bölgəsində yerləşən komanda Türkiyə hazırlığını bu gün səhər saatlarında keçirdiyi bərpa məşqi ilə yekunlaşdırıb.

 

Qeyd edək ki, "Sumqayıt" bu gecə saat 23:40-da paytaxt Ankaradan Bakıya yola düşəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 2 günlük istirahətin ardından 5 avqust tarixində Sumqayıtda çempionatın birinci turu üçün hazırlıqları bərpa edəcək. Hazırda Premyer Liqa təmsilçilərindən "Keşlə", "Zirə" və "Sabah" Türkiyədə toplanışdadır.


Digər xəbərlər

Xəbər xətti