Mövsümün sonunda "Səbail"dən ayılan Oke Akpovetanın yeni klubu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, nigeriyalı hücumçu karyerasını İsveçdə davam etdirəcək. Belə ki, Oke II liqa təmsilçisi "Frey"lə 1 illik müqavilə imzalayıb.Akpoveta 2016-cı ildə də "Frey"də çıxış edib və həmin il 13 oyuna 10 qol vuraraq, komandanın liderinə çevrilib.
Qeyd edək ki, 27 yaşlı futbolçu 2014-cü ildə "Rəvan"da oynayıb. Ötən mövsümün ikinci yarısını "Səbail"də keçirən forvard 9 oyuna 2 qol vurub.