Yunanıstanın PAOK klubunun vingeri, “Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike karyerasını Türkiyədə davam etdirəcək.
Sportarena.az xəbər verir ki, braziliyalı oyunçu karyerasını Super Liqa təmsilçisi “Kayserispor”da davam etdirəcək. Klub saytının məlumatına görə, 29 yaşlı futbolçu ilə 3 illik müqaviləs imzalanıb. Bu keçid üçün PAOK-a 650 min avro təzminat ödənilib.Pedro ötən mövsümü PAOK və "Astana"da keçirib və 20 oyuna 6 qol vurub, 1 assist edib.
PAOK Enrikeni 2017/18 mövsümündə “Qarabağ”a icarəyə vermişdi. Pedro “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində vurduğu ilk qolun müəllifi olub. O, “Roma” ilə Bakı Olimpiya Stadionunda keçirilmiş matçda (1:2) fərqlənmişdi.