“Qalatasaray”ın “Monako”dan transfer etmək istədiyi Radamel Falkao “Fox Sports”a açıqlama verib.
Sportarena.az xəbər verir ki, 33 yaşlı forvard İstanbul təmsilçisində oynamağa müsbət yanaşdığını deyib:
“Karyeramın bu nöqtəsində "Qalatasaray"da oynamaq həyəcanlı olardı. Türkiyədə futbol maraqlı şəkildədir. Vəziyyəti analiz edirəm. Ümid edirəm ki, ən yaxın müddətdə transfer məsələsi çözülər. Futbol Argentina və Türkiyə kimi ölkələrdə özəl şəkildə yaşanır. Bu da bizi - idmana bağlı olan insanları motivasiya edir. Avropada savaşmaq və üst səviyyədə futbol oynamağa davam etmək istəyirəm. Tək özümü düşünə bilmərəm. Həyatda fikirləşməli olduğum dörd qadın var”.
“Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak kolumbiyalı futbolçunun transferi üçün Fransadadır. Klub rəsmisinin yaxın günlərdə Falkao ilə İstanbula dönəcəyi gözlənilir.
“Monako” Kolumbiya yığmasının üzvünü 2013-cü ildə “Atletiko”dan 60 milyon avroya transfer etmişdi.