Mahir Əmrəli toyda anası ilə süzdü - VİDEO

10:58 13 Avqust 2019

Çempionlar Liasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kiprdə APOEL-lə görüşdən qələbə ilə qayıdan "Qarabağ" klubunun futbolçusu Mahir Əmrəli qələbə sevincini anası ilə bölüşüb.

 

Sportarena.az xəbər verir ki, Mahirin anası Elnurə xanım sosial şəbəkədə oğlu ilə bərabər rəqsini paylaşaraq belə bir şərh yazıb: "Qarabağ" udanda biz".

 

Görüntülər böyük marağa səbəb olub.

 

Avqustun 6-da "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində, səfərdə Kipr təmsilçisi APOEL-ə qarşı keçirdiyi ilk matçdan qalib (1:2) ayrılıb. Birinci qolu rəqib qapısından Mahir Əmrəli, ikincini isə "Qarabağ"ın yeni transferi Maqaye Qeye keçirib. Cavab matçı avqustun 13-ü Bakıda keçiriləcək. (baku.ws)

 

 


Xəbər xətti