Əfran İsmayılovun yeni klubu

14:14 13 Avqust 2019

"Keşlə" növbəti transferini həyata keçirib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Əfran İsmayılovu heyətinə qatıb. 30 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Əfran İsmayılovun son klubu "Sumqayıt" olub. O, əvvəllər "Qarabağ", "Turan Tovuz", "Bakı", "Xəzər Lənkəran" və "İnter" (indiki "Keşlə") klublarında çıxış edib, 38 oyun keçirdiyi Azərbaycan millisində 5 qol vurub.


Digər xəbərlər

Xəbər xətti