"Sabah”ın məşqçilər korpusu yeni futbolçunu sınaqdan keçirir.
Sportarena.az xəbər verir ki, haitili hücumçu Endi Faustin hazırda Bakı klubunun düşərgəsindədi. O, ötən gün MOİK-lə yoxlama oyununda meydana çıxıb və 77-ci dəqiqədə qol vurub. Oyun "Sabah”ın 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Haiti əsilli fubtolçu Fransa vətəndaşıdı. 22 yaşlı forvard karyerasına Fransanın "Valensiyen" klubunda başlayıb. O, son mövsümü Belçikanın "Sulte Varegem” klubunda keçirib.