Dünyanın ən sürətli adamlarından biri, azərbaycanlı atlet Ramil Quliyev ailə həyatı qurub.
Sportarena.az "CBC Sport"-a istinadən xəbər verir ki, Ramilin xanımı - Yekaterina Zavyalova da atletdir. Rusiya idmançısı London-2012 Olimpiya Oyunlarında 800 metr məsafəyə qaçış yarışında gümüş medal qazanıb.