Azərbaycan millisinin futbolçusu Ufuk Budak Türkiyənin "Boluspor" klubundan ayrılıb.
Sportarena.az xəbər verir ki, I liqa klubu 29 yaşlı sol cinah müdafiəçisinin müqaviləsini yeniləməyib. Ufukun hansı klubda çıxış edəcəyi bilinmir.
Qeyd edək ki, ötən yaydan "Boluspor"da çıxı edən Ufuk Budak əvvəllər Almaniyada "SSV Ulm", "Frayburq" (B), Türkiyədə isə "Əskişəhərspor", "Qaziantep BB", "Kayserispor", "Manisaspor" və "Samsunspor" klublarında forma geyinib.