Qazaxıstan Premyer Liqasında XXII turun rəmzi komandası açıqlanıb.
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin "Tobol”da oynayan qapıçısı Emil Balayev yenidən ən yaxşı "11-liy"ə düşüb. Onunla yanaşı, "Tobol"un yarımmüdafiəçisi Maksim Fedin də rəmzi komandada yer alıb.
Qeyd edək ki, "Tobol" son turda "İrtış"la qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Emil bu oyunda 90 dəqiqə meydanda olub. "Tobol" hazırda 45 xalla turnir cədvəlinə başçılıq edir.