“Böyük klub üçün fantastik andır” - APOEL-in baş məşqçisi

09:37 14 Avqust 2019

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – APOEL (0:2, ilk oyun – 2:1) matçından sonra Kipr təmsilçisinin baş məşqçisi Tomas Doll mətbuat konfransına qatılıb.

 

Sportarena.az xəbər verir ki, almaniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

 

- Belə “Qarabağ”ı gözləyirdiz?

- Bəli. Mən çox xoşbəxtəm. Komanda olaraq nə etdiyimizdən razı qaldım. Rəqibin necə oynaması ikinci dərəcəlidir. Çox çətin oyun idi. Rəqibin şansları oldu, birinci hissədə qol vura bilərdilər. Qapımızda qol görmədiyimizə görə xüsusilə xoşbəxtəm. Bəzi situsiyalar yaxşı nəticə qazanmağımıza kömək oldu. Asan oyun deyildi. Böyük klub üçün fantastik andır.

- Penaltidən vurulan qol qələbənin əsasını qoydu. Düşünmürsüz ki, penalti olmasaydı, evə əliboş qayıdacaqdız?

- (Gülür) Xeyr. Bu olmasaydı da, vaxtımız var idi. Biz ilk matçdan fərqli oynadıq. Rəqibi irəlidə qarşılayırdıq. Qol vurmaq üçün çoxlu imkanlar qazandıq. Mənim üçün vacib olan odu ki, komandam qol vurmaq istəyirdi. Oyunçular daim rəqib cərimə meydançasına daxil olmağa cəhd edirdilər. Penalti olmasaydı, başqa imkandan qol vuracaqdıq. Konsentrasiyanı sona qədər itirmədik. Müdafiə və hücum balansını yaxşı saxladıq. Futbolçularımın meydanda qoyduğu ürək mənim üçün çox vacib məqamdı.

- Bu günkü qələbənin açarı nə oldu?

- İlk olaraq onu deyim ki, biz ürəklə, cəsur oynadıq. Komanda çox qaçdı. Bu, ən vacibidi. Biz ilk oyunla müqayisədə nəyisə dəyişmək istəyirdik. Sürətli, geniş oynadıq. İkinci hissənin ilk 10 dəqiqəsində çox çətin anlar yaşadıq, qapıçımız çoxlu seyvlər etdi. Bu müddətdə qol buraxmamaq həlledici oldu. Sonradan addım-addım nəticəni qazandıq. Ümumilikdə, qalibiyyətə layiq idik.

- Bu qələbəni siz qazandız, bəs sabiq baş məşqçinin əməyi nə qədər idi?

- Əlbəttə, onun da əməyi var. Mən yalnız 4-5 gündü burdayam. Həmin vaxt köməkçi olmuş məşqçi də burdadı. O, bu hazırlığa erkən başlamışdı. Gələndə futbolçulara dedim ki, mərhələ keçsək, payım böyük olmayacaq. Mən qələbə üçün xüsusi bir şey etmədim. Bunun üçün vaxtım da yox idi. Çox xoşbəxtəm.  Bizim sabiq baş məşqçimizə təşəkkürümü bildirirəm.


Digər xəbərlər

Xəbər xətti