UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Avstriyanın LASK klubu evdə İsveçrə "Bazel"i ilə qarşılaşıb.
Sportarena.az xəbər verir ki, ilk oyunda 2:1 hesablı qələbə qazanan meydan sahibləri cavab görüşündə də sevinən tərəf olub - 3:1.Qarşılaşmanı azərbaycanlı FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Ağayev hər iki komandanın bir futbolçusuna sarı vərəqə göstərib.