UEFA növbəti dəfə "Qarabağ"a qarşı intizam işi açdı

11:49 15 Avqust 2019

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi növbəti dəfə "Qarabağ"a qarşı intizam işi açıb.

 

Avropa futbol qurumunun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda Kipr APOEL-i ilə keçirilən Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin cavab oyunu ilə əlaqədardır.

 

Məhkəmə işinə səbəb Ağdam təmsilçisinin azarkeşlərinin həmin qarşılaşmada meydana kənar əşyalar atmasıdır. Bildirilib ki, bu məsələyə sentyabrın 19-da baxılacaq.

 

Qeyd edək ki, "Qarabağ" Kiprdə rəqibini məğlub etsə də (2:1), cavab oyununda 0:2 hesabı ilə uduzaraq Çempionlar Liqası ilə vidalaşıb. UEFA daha öncə ÇL-in II təsnifat mərhələsində İrlandiya "Dundalk"ı ilə (3:0) cavab matçı üçün də ölkə çempionuna qarşı intizam işi açmışdı. Həmin iş isə avqustun 22-də nəzərdən keçiriləcək. "Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" kollektivi ilə üz-üzə gələcək. İlk oyun aqustun 22-də səfərdə, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti