Bu gün Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünə start veriləcək.
Sportarena.az xəbər verir ki, yay fasiləsində heyətinə yeni futbolçular qatan klublarımızın ümumi dəyəri dəyişib. "Transfermarkt"ın hesablamalarına görə, Premyer Liqada çıxış edəcək 8 klubun heyətlərinin ümumi dəyəri 61 milyon 180 min avrodu.
Ən bahalı klubumuz həmişəki kimi, "Qarabağ"dı. Ağdam təmsilçisini "Neftçi" və "Səbail" izləyir. Son illərə qədər ilk pillələrdə qərarlaşan "Qəbələ" isə sonuncu yerə düşüb.
1. Qarabağ - 16.050.000 avro
2. Neftçi - 11.300.000 avro
3. Səbail - 7.100.000 avro
4. Sabah - 7.100.000 avro
5. Zirə - 5.900.000 avro
6. Keşlə - 5.250.000 avro
7. Sumqayıt - 4.880.000 avro
8. Qəbələ - 3.600.000 avro