Rusiyada biznesmen Mixail Medvedyev pulsuz elanlar saytında bir milyon rubl (25796.65 AZN) dəyərində olan şortu satışa çıxarıb.
Sportarena.az xəbər verir ki, geyimin bu qədər baha olmasının səbəbi şortun Avropa Liqasının ən yaxşı bombardiri Olivye Jiruya məxsus olmasıdır. O, onu Jirudan 2018-ci ildə keçirilən dünya çempionatında alıb.Biznesmenin fikrincə, o, geyimə doğru qiymət qoyub və onu daha aşağı məbləğə satmayacaq.