Almaniyanın "Proyssen Münster" klubunun hücumçusu Rüfət Dadaşov yenidən Azərbaycan millisinə dəvət alıb.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi Tvitter səhifəsi yayıb. 28 yaşlı hücumçu “Avro-2020”nin Uels və Xorvatiya ilə matçlarında heyətdə yer alacaq.
Qeyd edək ki, millimiz sentyabrın 6-da səfərdə Uels, sentyabrın 9-da isə Bakıda Xorvatiya ilə qarşılaşacaq.