"Kəpəz" heç-heçə etdi

18:00 17 Avqust 2019

I divizionda mübarizə aparan "Kəpəz" yeni mövsümə hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, komanda "Sabah-2" ilə qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Gəncə klubundan qolları Elvin Nəsibov və Əli Səmədov vurub. "Sarı-göylər" bir penalti zərbəsindən isə yararlana bilməyiblər.

 

Qeyd edək ki, "Kəpəz" ilk yoxlama oyununda "Zirə-2"ə uduzub - 0:2.


Digər xəbərlər

Xəbər xətti