Güləşçimiz dünya çempionatında bürünc medal qazandı

06:51 19 Avqust 2019

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatında təmsilçimiz bürünc medal qazanıb.

 

Azərbaycan Güləş Federasiyasından Sportarena.az-a verilən məlumata görə, güləşçimiz Əsgər Əlizadə (60 kiloqram) üçüncü yer uğrunda Qırğızıstan idmançısı Alastan Xanjarbek Uluya 11:2 hesabı ilə qalib gələrək bürünc medala sahib olub.

 

Qeyd edək ki, təmsilçimiz təsəlliverici görüşdə əlcəzairli güləşçi Murtada Nanayı 8:0 hesabı ilə məğlub edib.


Digər xəbərlər

Xəbər xətti