İtaliya millisinin sabiq üzvü Mario Balotellinin yeni klubu açıqlanıb.
Sportarena.az xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını İtaliyanın "Breşia" klubunda davam etdirəcək. O, sözügedən klubla 1 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, karyerası ərzində İtaliyada "İnter", "Milan", İngiltərədə isə "Liverpul" və "Mançester Siti" kimi klublarda çıxış etmiş Balotelli, son olaraq Fransa "Marsel"inin şərəfini qoruyub.