“Linfild” - “Qarabağ” matçının hakim təyinatları açıqlandı

11:46 19 Avqust 2019

Avropa  Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Linfild"  - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Şimali İrlandiyada baş tutacaq matçın baş hakimi isveçrəli Sandro Şererdir. 31 yaşlı ədalət təmsilçisinə Stefan de Almeyda və Bekim Zoqay köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Fedayi San yerinə yetirəcək.

 

Qeyd edək ki, "Linfild" - "Qarabağ" görüşü avqustun 22-i Bakı vaxtı ilə 22:45-də başlayacaq. Bu komandalar arasında cavab qarşılaşması isə bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti