38 yaşlı ingiltərəli müdafiəçi Eşli Koul karyerasını başa vurduğunu elan edib.
Sportarena.az xəbər verir ki, bu barədə “Sky Sports” yazıb.“Hər şeyi dəqiqliyi ilə fikirləşəndən sonra başa düşdüm ki, butsları mismardan asmağın və yeni, məşqçi fəaliyyətimlə bağlı olacaq fəslə başlamağın vaxtıdır. Mən arzumu yerinə yetirdim və indi gələcəyə baxıram”, - Koul deyib.
Qeyd edək ki, Koul karyerası boyu “Arsenal”, “Kristal Pelas”, “Çelsi”, “Romu”, “Los-Anceles Qelaksi” və iyunda tərk etdiyi “Derbi”nin heyətində çıxış edib.