Moskva “Dinamo”sunun baş məşqçisi Dmitri Xoxlov Rusiya Premyer Liqasının 6-cı turu çərçivəsində “Lokomotiv”ə (1:2) qarşı keçirilən görüşdən sonra açıqlama verib.
Sportarena.az xəbər verir ki, Xoxlov Ramil Şeydayevin çıxışına da toxunub: “Ramil meydanda ondan tələb olunan işi görməyi bacarır. Amma onda hər şey də alınmır. Hər şeydən əvvəl hücumçu gərək qol vursun. Düşünürəm ki, Ramil üçün hər şey qarşıdadır”.