FİFA ilin ən yaxşı qoluna verilən "Ferents Puşkaş" mükafatına namizədləri açıqlayıb.
Sportarena.az xəbər verir ki, siyahıda 10 futbolçunun adı yer alıb.Bunlar Daniel Jori ("Debretsen"), Lionel Messi ("Barselona"), Zlatan İbrahimoviç ("Los-Anceles Qelaksi”), Endros Taunsend ("Kristal Pelas"), Fabio Kvalyarella ("Sampdoriya"), Xuan Kintero ("River Pleyt"), Mateus Kunyadı ("Leyptsiq"), eyni zamanda üç qadın futbolçu - Adjara Nçut (Kamerun millisi), Emi Rodriges ("Yuta Royals") və Billi Simpsondır ("Kliftonvill Ledis").
FİFA-nın saytı 3 finalçının müəyyənləşməsi üçün saytında azarkeşlər arasında səsvermə başladıb. Səsvermə sentyabrın 1-i başa çatacaq. Bundan sonra qalibi FİFA-nın əfsanələri seçəcək.
Qeyd edək ki, ötən il bu mükafatı "Liverpul"un hücumçusu Məhəmməd Salah qazanıb.