“Bavariya” “Barselona”nın futbolçusu Filipe Koutinyonu icarəyə götürüb.
Sportarena.az xəbər verir ki, kataloniyalılar braziliyalı yarımmüdafiəçini Münhen təmsilçisinə satın alma şərti ilə bir ilik icarəyə verib.“Bavariya” 8,5 milyon avro icarə qiyməti ödəyib. Müqavilənin şərtlərinə əsasən, münhenlilər 120 milyon avro ödəyib, Koutinyonun transfer hüququna yiyələnə bilər.
“Barselona” 26 yaşlı futbolçunu 2018-ci ilin yanvarında “Liverpul”dan 145 milyon avroya transfer edib. Koutinyo ötən mövsüm 54 oyuna 11 qol vurub, 5 assist edib.