Avropa Liqasında uğursuz çıxış edən "Neftçi" azarkeşlərin qəzəbinə tuş gəlib.
Sportarena.az xəbər verir ki, "Neftçi Mania" fan-klubunun üzvləri "Sabah"la oyunun ilk yarısında klub rəhbərliyini istefaya çağırıb. Fanatlar "Ceyhun (Sultanov) istefa", "Kamran (Quliyev), "Sumqayıt" səni gözləyir" şüarlarını səsləndiriblər.
Bundan narahat olan klub rəhbərliyi polisləri fanatların yanına göndərib. Onlar fan-klub rəhbərləri ilə uzun müddət söhbət edərək şüarların səsləndirilməsinin qarşısını almağa çalışıblar.
İkinci hissə başalamadan isə fan-klubun pankartları yığışdırılıb, "Neftçi" rəhbərliyi polisə göstəriş verərək, fanat qrupunu "Bakcell Arena"dan kənarlaşdırıb.