Azərbaycan çempionatında klubların sayı artırıldı

17:03 20 Avqust 2019

Futzal üzrə 2019/20 mövsümündə Azərbaycan Yüksək Liqasında iştirak edəcək komandaların sayı artırılıb.

 

Sportarena.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, ötən mövsüm çempionatda 7 klub yer aldığı halda, bu dəfə 10 komanda müraciət edib.

 

Onlardan dördü - "Araz”, EKOL, "Neftçi” İK, "Yasamal” İSK ötən çempionatın iştirakçısıdı. "Marafon Futsal” 1 illik fasilədən sonra yenidən Yüksək Liqada iştirak etmək niyyətindədi. Yeni komandalar isə "Baku Fire”, "Record club”, "Xəzər” (Yardımlı), TFF-55 (Tələbə Futbol Federasiyasının) və "Quba Premyer”di.

 

Qeyd edək ki, yeni mövsümünün püşkü sentyabrın 4-də atılacaq. Bakı İdman Sarayının Mətbuat Konfransı otağında təşkil ediləcək mərasim saat 11:30-da başlayacaq. Əvvəlcə Yüksək Liqanın püşkü atılacaq. Saat 12:00-da Birinci, saat 12:30-da isə İkinci Liqanın püşkatma mərasimi olacaq.


Digər xəbərlər

Xəbər xətti