İspaniyanın “Estremadura” klubu “Qarabağ”ın və Azərbaycan millisinin üzvü Mahir Emrelini transfer etmək niyyətindən əl çəkə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Buna səbəb klubun başqa hücumçu ilə maraqlanmasıdır. “Estramadura” “Barselona”nın yetirməsi olan Rafa Mujikanı heyətə qatmağa yaxındır. Əgər həmin transfer alınsa, “Estramadura” Mahiri heyətə qatmaqdan imtina edəcək.
Qeyd edək ki, Mahir Emreli ilə İspaniya ikinci liqasının digər klubları da maraqlanır.