“Trabzonspor” ulduz futbolçunu transfer etdi

21:56 21 Avqust 2019

Türkiyənin "Trabzonspor" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Qara dəniz təmsilçisi "Liverpul"un sabiq futbolçusu Daniel Stariclə anlaşıb.İngilis hücumçu ilə 3 illik müqavilə imzalanıb. Onun 2019/2020 və 2020/2021 mövsümlərində 1.5 milyon avro maaş alacağı bildirilib. Müqavilənin müddəti daha il uzadılacağı təqdirdə də 29 yaşlı oyunçuya eyni maaş veriləcək.

 

Qeyd edək ki, Staricin "Liverpul"la müqaviləsi bu yay başa çatmışdı.


Digər xəbərlər

Xəbər xətti