“Sevgilim futbolla bağlı heç nə bilmir” - Kriştiano Ronaldo

11:00 22 Avqust 2019

Portuqaliya millisinin və “Yuventus” ulduz futbolçusu Kriştiano Ronaldo karyerası ilə bağlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o, “Yuventus”da xoşbəxt olduğunu dilə gətirib. Ronaldo Turin klubuyla Çempionlar Liqasını qazanmaq istədiyini bildirib:

 

““Yuventus” mənim üçün yeni bir başlanğıc oldu. “Real”da çox rahat idim. Mən isə rahatlıqdan xoşlanmıram. O qədər qazanmışdım ki... Bu, adətə çevrilmişdi. İndi isə biz də daxil olmaqla, hər kəs Çempionlar Liqasını qazanmaq istəyir. Amma buna ilişib qalmaq da lazım deyil. Pulun komandaları möhtəşəm etmədiyini xatırlamalıyıq. Neçə ildir "Barselona", "Bavariya", PSJ-nin Çempionlar Liqasını qazanmadığına baxın”.

 

Ronaldo istedadın uğur qazanmaq üçün yetərli olub-olmadığı ilə bağlı suala da cavab verib:“Nobel mükafatını qazananların hamısının böyük istedadları olub. Amma hər zaman çox çalışıblar. Əgər mən də çalışmasaydım, bu yerə gələ bilməzdim” 

 

Ulduz futbolçusu sevgilisi Georgina Rodrigezlə bağlı maraqlı fakt da açıqlayıb. Ronaldonun sözlərinə görə, sevgilisi futbolla bağlı heç nə bilmir:“Sevgilim futbol bağlı heç nə bilmir. Buna görə də çox xoşbəxtəm”.


Xəbər xətti