Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha üç matçı keçirilib.
Sportarena.az xəbər verir ki, ikinci oyun günündə III təsnifat mərhələsində Portuqaliya "Portu"sunu mübarizədən kənarlaşdıran Rusiyanın Krasnodar klubu Yunanıstanda “Olimpiakos”un qonağı olub. Qarşılaşma yunanların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Serbiya çempionu “Srvena Zvezda” isə İsveçrədə “Yanq Boyz”la bərabərə qalıb - 2:2. Xorvatiya "Dinamo"su isə Norveçin “Rusenborq” komandasını 2:0 hesabı ilə məğlub edib.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
“Yanq Boyz” (İsveçrə) - “Srvena Zvezda” (Serbiya) - 2:2
"Dinamo” (Zaqreb, Xorvatiya) - “Rusenborq” (Norveç) - 2:0
“Olimpiakos” (Yunanıstan) - “Krasnodar” (Rusiya) - 4:0