General Hacı Əliyevin rütbəsini artırdı

11:11 23 Avqust 2019

Azərbaycanın sərbəst güləş üzrə millisinin üzvü, eyni zamanda Sərhəd Qoşunlarının zabiti olan Hacı Əliyevə növbəti hərbi rütbə verilib.

 

O, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin əmri ilə baş leytenant rütbəsinə layiq görülüb.

 

Bunadək leytenant rütbəsini daşıyan 28 yaşlı üçqat dünya və Avropa çempionu olan güləşçimizə növbəti rütbəsi vaxtından əvvəl verilib.(qafqazinfo)


Digər xəbərlər

Xəbər xətti