Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sportarena.az xəbər verir ki, dünən Avropa Liqasında 21 görüş keçirilib.Bu qarşılaşmaların ardından UEFA reytinqində bəzi dəyişikliklər olub. Hollandiya Avstriyanı, Qazaxıstan Belarusu, Şimali İrlandiya isə Cəbəllütariqi geridə qoyub.
Sonuncuların irəliləyişinin səbəbkarı "Linfild" olub. Şimali İrlandiya çempionu Azərbaycan təmsilçisi "Qarabağ" önündə öz meydanında 3:2 hesablı qələbə qazanıb.17,500 xalda və 26-cı pillədə qalan Azərbaycan isə 2,125-ni cari mövsümdə əldə edib.