"Səbail"in yeni transferi Eriko Da Silva sıradan çıxıb.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, braziliya müdafiəçisi Premyer Liqanın birinci turunda "Zirə"yə qarşı oyunda aldığı zədə səbəbindən 3-5 ay futboldan kənar qalacaq.
Paytaxt klubu 30 yaşlı futbolçunu bu yay Rumıniyanın "Astra" klubundan transfer etmişdi.