"Neftçi"nin futbolçusu Baqali Dabo azarkeşlərdən üzr istəyib.
Sportarena.az xəbər verir ki, bu barədə o, şəxsi İnstaqram hesabında yazıb:
"Mən eyniyəm, dəyişməmişəm. "Neftçi" üçün hər şeyimi vermişəm. Ötən mövsümdə də komanda üçün bacardığımı etmişəm. Xahiş edirəm ki, gələndə məni söyməyin. Mənə inanın, dəstək olun. Söyüşlərim azarkeşlər haqda deyildi. Üzgünəm, məni bağışlayın".
Qeyd edək ki, 31 yaşlı hücumçu bugünlərdə şəxsi İnstagram hesabında "Neftçi"nin bir qrup azarkeşini təhqir edib.