Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ilk oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Covanni Kapraranın rəhbərlik etdiyi komanda Xorvatiya ilə üz-üzə gəlib. Macarıstanın paytaxtı Budapeştdə keçirilən qarşılaşma yığmamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan - Xorvatiya 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15)
Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya ilə yanaşı, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Komanda növbəti oyununu avqustun 25-də Hollandiyaya qarşı keçirəcək.