İngiltərənin məşhur klubu fəaliyyətini dayandıra bilər

11:11 26 Avqust 2019

Uzun illər İngiltərə Premyer Liqasında oynayan “Bolton” klubu ağır günlər yaşayır.

 

Sportarena.az xəbər verir ki, Liqa 1-ə qədər düşən klub azarkeşlərini üzən bəyanat yayıb. “Bolton” rəhbərliyi klubu satmaq üçün danışıqlarda müsbət nəticə əldə etmədiyini açıqlayıb. Yeni şirkətlə danışıqlar aparılmasa, klubun fəaliyyətini dayandıracağı qeyd edilib.Uzun müddətdir ki, maliyyə problemləri olan “Bolton”un 294 fərqli quruma borclu olduğu bildirilir.
 

Komanda səviyyəcə III Liqada çıxış edir və çempionata -12 xalla başlayıb. “Bolton” -11 xalla 23-cü sırada qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti