“Günahkar mənəm” - Sənan Qurbanov

09:09 26 Avqust 2019

"Müdafiədə səhvsiz oynamağa çalışdıq. Bunu 45 dəqiqə bacardıq. Rəqibin təzyiqinə dözə bilmədik. Qapımıza sadə penalti təyin olundu. O epizodda penalti var idi. Belə məğlubiyyətə dözmək çətindir. Məğlubiyyətin başlıca günahkarı mənəm. Çalışacağıq ki, bu durumdan çıxaq".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın II turunda səfərdə "Qarabağ"a uduzduqları (0:3) oyundan sonra mətbuat konfransında deyib.39 yaşlı mütəxəssis bildirib ki, Yusif Nəbiyev zədəli olduğu üçün Sadiq Quliyevi məcburiyyətindən müdafiənin cinahında oynayıb: "Belə məğlubiyyəti kənardan izləmək ağırdır. Mənim üçün çox çətindir. Rəqib də "Qarabağ" idi". 

 

Gənc məşqçi komandada qalacağı ilə bağlı suala isə belə cavab verib. "Rəhbərlik qərar verəcək. Mənim getməyim yaxşı təsir edəcəksə, gedərəm. İndi bu, gəmini tərk edib getmək olar. Buna əsasən rəhbərlik qərar verəcək".


Digər xəbərlər

Xəbər xətti