Azərbaycan Premyer Liqasının ilk turunun rəmzi komandası açıqlanıb.
Sportarena.az xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, ilk turun rəmzi komandası aşağıdakı kimidir:
Qapıçı: Mehdi Cənnətov-256 (“Sumqayıt”);
Müdafiəçilər: Faysal Rerras-269 (“Qarabağ”), Eriko Da Silva-271 (“Səbail”), Elvin Bədəlov-271 (“Sumqayıt”), Abbas Hüseynov-251 (“Qarabağ”);
Yarımmüdafiəçilər: İsmayıl İbrahimli-312 (“Qarabağ”), Fəhmin Muradbəyli-299 (“Səbail”), Soni Mustivar-303 (“Neftçi), Sərtan Taşqın-280 (“Sumqayıt”);
Hücumçular: Maqaye Qeye-229 (“Qarabağ”), Mehdi Şərifi-283 (“Sumqayıt”).
Qeyd: Oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksidir.