Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün 1-ci turunun ən yaxşı futbolçusu məlum olub.
Sportarena.az PFL-ə istinadən xəbər verir ki, bu, 312 göstərici ilə “Qarabağ”ın yarımmüdafiəçisi İsmayıl İbrahimlidi. 21 yaşlı futbolçu “Keşlə”yə qarşı görüşdə 90 dəqiqə meydanda olub və oyunda yeganə qolu vurub.